Mart 20, 2021 11:04 Asia/Baku
  • Ermənistanda böyük aksiya:

Övladları Qarabağda xidmət edən bir qrup valideyin Ermənistanda hökumət binasının qarşısına toplaşıb və onların təcili olaraq geri çağırılmasını tələb edib.

SəhərAzəri yerli KİV-lərə istinadən xəbər verir ki, valideyinlər övladlarının həqiqi hərbi xidmətlərinin vaxtından əvvəl dayandırılmasını istəyirlər. Aksiya iştirakçılarından ikisini baş nazir Nikol Paşinyan qəbul edib. Danışıqların nəticələri barədə məlumat yoxdur.

Valideyinlərdən biri bu barədə deyib: “Biz öz tələblərimizi hələ ötən ilin noyabrında təqdim etmişdik. Amma məsələ hələ də həll edilməyib. Bizim uşaqlarımızın bu yaxınlarda müharibənin olduğu yerdə hələ də xidmət etməsi ən azından  ədalətsizlikdir”.

O, bildirib ki, oğlunun təcili olaraq geri çağırılmasını, müalicə edilməsini tələb edir. Çünki müharibədən keçmiş gənc əsgərlər xidmətlərini davam etdirmək durumunda deyillər, xüsusən də indiki şərtlərdə.

Xatırladaq ki, müharibənin ardınca erməni əsgərlərinin valideyinləri uşaqlarının Qarabağdan geri çağırılmasını tələb etmək üçün aksiyalar keçirirlər.

Teqlər