Ermənistan müharibə itkilərinin sayını dəqiq elan etmir
Ermənistanda müharibə itkilərinin sayı barədə verilən rəqəmlər bir-birinə uyğun gəlmir.
SəhərAzəri xəbər verir ki, Yerkirmedia portalı bu barədə yazır: "Ermənistanın baş naziri Nikol Paşinyanın ikinci Qarabağ müharibəsi zamanı ölkənin həlak olan hərbçilərinin rəsmi sayı ilə bağlı açıqlaması hökumət tərəfindən daha əvvəl elan edilmiş rəqəmlərlə açıq-aydın uyğun deyil".
Qeyd edək ki, Ermənistanın baş naziri ötən gün müharibədə 3 min 250 nəfərin həlak olmasının rəsmən təsdiqləndiyini, daha 189 valideynin DNT analizi nümunələri verdiyini və cavab gözlədiyini bildirib.
Lakin hələ fevralın 13-də Ermənistanın Səhiyyə Nazirliyi elan edib ki, qeydə alınmış müharibə qurbanların sayı artıq 3 min 577 nəfər təşkil edir və 428 meyitdən götürülən DNT nümunələri ekspertizadan keçirilir.