Mart 22, 2021 16:45 Asia/Baku
  • Paşinyan Rusiyadan alınan qırıcılardan danışdı

Ermənistanın baş naziri Rusiyadan satın alınmış qırıcılar barədə açıqlama verib.

SəhərAzəri xəbər verir ki, o,  bu barədə yerli sakinlərlə görüşündə Ermənistanın ölkəsinin Rusiyadan raketsiz Su-30SM qırıcısını aldığını etiraf edib.

Paşinyan qeyd edib: “Bizə deyirlər, niyə təyyarə aldınız? Bəli, biz təyyarə aldıq, onu mayda gətirdilər. O da düzdür ki, biz müharibəyədək raket almağı çatdırmadıq”.

Rusiyadan alınan Su-30SM qırıcılarının döyüş sursatlarının olmaması barədə əvvəllər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri Movses Akopyan bəyan eləmişdi. Onun sözlərinə görə, Rusiya başqa dövlətlərə 130 km mənzilli “hava-hava” raketləri satmır. Ermənistan hökuməti bu bəyanatı təsdiqləməmişdi.

Teqlər