Mart 23, 2021 12:30 Asia/Baku
  • Avropa təmsilçisi yenidən Tiflisə qayıdır – Səbəb

Avropa Şurası sədrinin Gürcüstan üzrə nümayəndəsi Kristian Danielson ölkədəki siyasi böhranın həllində vasitəçilik etmək üçün Tiflisə qayıdır.

SəhərAzəri  axar.az-dan nəql edərək xəbər verir ki, bu barədə Avropa Şurasının prezdenti Şarl Mişel məlumat yayıb.

“Danielsonun vasitəçiliyi ilə Gürcüstanda əldə olunan irəliləyişlərə baxdıq. Gürcüstan vətəndaşlarının maraqlarına uyğun lazımi razılaşmaların vaxtı gəldi. Nümayəndə vasitəçiliyin davam etdirilməsi üçün geri qayıdır”, - Danielson bildirib.

Gürvüstan Prezidenti Salome Zurabişvili də Mişelin bu qərarını alqışladığını bildirib:

“Bu, aydın işarədir. AB heç yana getmir”.

Qeyd edək ki, Gürcüstanda siyasi böhranın həlli üçün Tiflisə gələn Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielson müxalifət və iqtidar arasında razılıq əldə olunmadığı üçün bir neçə gün öncə Tiflisi tərk etmişdi.

 

 

Teqlər