Azərbaycan və Ermənistan kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib
https://azeri.sahartv.ir/news/qafqaz-i374863-azərbaycan_və_ermənistan_kommunikasiyaların_blokdan_çıxarılmasını_müzakirə_edib
Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə Sovet İttifaqı dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların açılmasının müzakirə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2021 09:03 Asia/Baku
  • Azərbaycan və Ermənistan kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə Sovet İttifaqı dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların açılmasının müzakirə edir.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

Paşinyanın müavini bildirib: Nəticə etibarı ilə biz Sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların açılmasının imkanlarını müzakirə edirik.

Ermənistanın baş naziri bu yaxınlarda kommunikasiyaların açılmasının hər iki ölkə üçün faydalı olduğunu bildirmişdi. 

Iran dövləti bu addımın bölgədə genişmiqyaslı əməkdaşlığın əsası ola biləcəyini vurğulayır.