Mart 26, 2021 23:12 Asia/Baku
  • Gürcüstanda seçki baryeri 3 faizə endiriləcək

Gürcüstanda seçki baryerinin 5 faizdən 3 faizədək azaldılması planlaşdırılır. Artıq bununla əlaqədar Konstitusiyaya və Seçki Məcəlləsinə dəyişikliklər ediləcək.

SəhərAzəri xəbər verir ki, seçki baryerinin 3 faizə endirilməsi təklifi ilə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası çıxış edib.

Hakim partiyanın üzvləri seçki baryerinin 3 faizədək azaldılması ilə bağlı qanun layihəsi hazırlayıb və parlamentə təqdim edib. Layihədə parlament fraksiyasının yaradılması üçün tələb olunan minimum deputat sayının 7 nəfərdən 4-ə endirilməsi nəzərdə tutulub.

Parlamentdən bildirilib ki, təşəbbüsün dəstəklənməsi üçün 76, qanun layihəsinin qəbul edilməsi üçün isə 113 deputatın səsi lazımdır.

Qeyd edək ki, hazırda parlamentdə “Gürcü Arzusu” partiyası 90, müxalifət isə 6 deputat ilə təmsil olunur. Buna görə də seçki baryerinin azaldılması üçün digər müxalifət partiyalarından seçilən deputatlar da parlamentə daxil olmalıdırlar.

Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.

Teqlər