Ermənistanın Baş Qərargah rəisi sülhməramlıların komandanı ilə görüşüb
https://azeri.sahartv.ir/news/qafqaz-i375150-ermənistanın_baş_qərargah_rəisi_sülhməramlıların_komandanı_ilə_görüşüb
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı hərbçilərin komandanı, general-leytenant Rüstəm Muradov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyanla Yerevanda görüşüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 01, 2021 12:24 Asia/Baku
  • Ermənistanın Baş Qərargah rəisi sülhməramlıların komandanı ilə görüşüb

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı hərbçilərin komandanı, general-leytenant Rüstəm Muradov Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyanla Yerevanda görüşüb.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Qarabağdakı vəziyyət, təhlükəsizlik və əməkdaşlıq məsələlərimüzakirə olunub.

Qeyd edək ki, generalların görüşündə Rusiya Federasiyasının dövlət bayrağı tərsinə asılıb.