Tbilisidə komendant saatına etiraz olaraq aksiya keçirilib
Şənbə günü axşam saat 18:00-da Tbilisidə komendant saatına etiraz aksiyası keçirilib.
SəhərAzəri - Az.shafaqna.com “Sputnik Georgiya”ya istinadən xəbər verir ki, aksiyaçılar komendant saatı və onu pozanlara qarşı yüksək cərimələrə etiraz ediblər.
Aksiyaya “Sirsxvilia” (Utanc), “Droa” (Vaxt gəldi), “Şesvale” (Dəyiş) və “Demokratiuli momavlistvis” (Gələcək demokratiya naminə) təşkilatları qatılıb.
Aksiya iştirakçıları siyasi partiyaları da aksiyaya dəstək verməyə çağırmışdılar.
“Son bir il ərzində heç bir araşdırma komendant saatının pandemiya ilə mübarizədə sağlam düşüncə olduğunu təsdiqləməyib. Komendant saatı dünya miqyasında – müvəqqəti tədbir olaraq vaxt udmaq və virusla mübarizə və vaksinasiya üçün hazırlıq xarakteri daşıyır. Artıq bir ildir bizdə 21:00-dan sonra hərəkətə qadağa qoyulub. Sonsuz komendant saatı bizim psixoloji vəziyyətimizi sarsıdır.”, – deyə təşkilatçıların bəyanatında deyilir.