Apr 10, 2021 22:30 Asia/Baku
  • Ermənistan müdafiə nazirliyi binasının önündə aksiya keçirilib

Son Qarabağ savaşında iştirak edən erməni əsgərlərin ailələri Ermənistan müdafiə nazirliyi binasının önünə toplaşaraq, övladlarının geri dönmələrini tələb ediblər.

SəhərAzəri xəbər verir ki, bu istiqamətdə Ermənistan müdafiə nazirliyi binasının önünə toplaşan etirazçı ailələr «Uşaqlarımızı qaytarın!» şüarı veriblər.

Bu şəxslər Qarabağ savaşında öldürülmüş və itkin düşmüş erməni əsgərlərin ailə üzvləridirlər.

Onlar Ermənistan müdafiə nazirliyinin başçılarından öz övladlarının vəziyyəti barədə izahat tələb ediblər.

Etirazçılar təhdidlə bildiriblər ki, əgər onların tələbləri təmin edilməzsə, nazirliyin binasına girəcəklər.

Bu etirazlar əsnasında nazirliyin personalı etirazçılardan irəli gələn təhlükəsizlik xətərləri ehtimalına görə, vertolyot vasitəsilə bölgədən çıxarılıbdır.

Teqlər