Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artıb
https://azeri.sahartv.ir/news/qafqaz-i375935-ermənistanın_qarabağda_meyiti_tapılan_itkin_hərbçilərinin_sayı_artıb
Aprelin 17-də Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2021 19:01 Asia/Baku
  • Ermənistanın Qarabağda meyiti tapılan itkin hərbçilərinin sayı artıb

Aprelin 17-də Füzuli rayonunda həyata keçirilmiş axtarış işlərinin gedişatında Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçusunun meyiti aşkarlanıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Beləliklə, Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra Ermənistanın meyiti tapılan itkin hərbçilərinin sayı 1 543 nəfərə çatıb.

Qeyd edək ki, axtarışlara itkin hərbçilərin yaxınları da cəlb olunub. Əsgər valideynləri daha əvvəl Ermənistanın müvafiq dövlət orqanlarının qarşısında etiraz aksiyaları keçirərək, itkin düşmüş övladlarının tapılmamasından şikayətləniblər. Bundan sonra axtarışlara mülki şəxslər də cəlb edilib.