Gürcüstanda sərt karantin rejimi yenidən tətbiq oluna bilər
Gürcüstanda koronavirusla əlaqədar sərt karantin rejimi yenidən tətbiq oluna bilər.
SəhərAzəri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə ölkədəki epidemioloji vəziyyətdə gərginlik müşahidə olunur. Əgər vəziyyət belə davam edərsə və gündəlik yoluxma halı 4 faizi keçərsə, karantin və sərtləşmə barədə düşünmək məcburi olacaq.
“İndi əsas fikir mövcud məhdudiyyətlərin riayət olunması və monitorinqini mümkün qədər sərtləşdirməkdir. Lakin biz iqtisadiyyatı dayandırmaq istəmirik, çünki bunun nəticələrinin nə ola biləcəyini bilirik”, - nazir deyib.
Qeyd edək ki, aprelin 17-də ölkədə COVİD-19 virusuna yoluxanların sayı 1219 fakt artaraq 294 min 540-a çatıb. Onların da 180 min 132-si sağalıb, 3925-i isə vəfat edib.
Hazırda ölkə üzrə karantin rejimində 335, stasionar nəzarətdə 2 848 nəfər var. Daha 427 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Aprelin 17-də gündəlik yoluxma 3,58 faiz, son 7 gündə isə 3,26 faiz olub.