Saakaşvili Gürcüstana gedəcəyini elan edib
https://azeri.sahartv.ir/news/qafqaz-i376054-saakaşvili_gürcüstana_gedəcəyini_elan_edib
ürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstana getməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2021 12:37 Asia/Baku
  • Saakaşvili Gürcüstana gedəcəyini elan edib

ürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Gürcüstana getməyi planlaşdırır.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki,  bu barədə videomüraciətində bildirib.

M.Saakaşvili bu ilin payızında keçiriləcək yerli seçkilər zamanı Gürcüstanda olacağını qeyd edib: “Həyatım və azadlığım üçün nə qədər böyük risk olsa belə, mən mütləq Gürcüstanda baş verəcək proseslərin birbaşa iştirakçısı olacağam”.

Sabiq dövlət başçısının sözlərinə görə, payızda yerli özünüidarəetmə orqanlarına seçkilərlə yanaşı, hakim Gürcü Arzusu Partiyası üçün praktiki olaraq referendum da təyin edilib.

O, Vahid Milli Hərəkat Partiyasını hakimiyyətlə razılaşmanı Nika Meliyanın həbsdən azad edilməsindən sonra imzalamağa və parlamentə daxil olmağa çağırıb.