Apr 23, 2021 18:16 Asia/Baku
  • Ermənistan Bakının sülh sazişinə sadiq qalmayacağından nigarandır

Qarabağ bölgəsindəki son çəkişmələr, sülh sazişinin Azərbaycan Respublikası tərəfindən pozulmasına görə, Ermənistanı nigaran edib.

SəhərAzəri xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikası hərbçilərini Qarabağ sülh sazişinə hörmət etməyə çağırıb.

Nazirliyin bildirdiyinə görə, son bir neçə gündə Azərbaycan Respublikası hərbçiləri Qarabağın mərkəzindəki evlərə və əkin sahələrinə, eləcə də bəzi digər bölgələrə tərəf atəş açaraq, bu hərəkətlə Qarabağ sakinləri arasında qorxu hissi yaratmağa səy göstəriblər.

Azərbaycan Respublikası sərhəd xidmətləri komandanlığı isə bildiribdir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Zəngəzur rayonuna səfərindən sonra erməni əsgərlər təhrikedici sərhəd hərəkətlərini artırıb və sərhəddə bu ölkənin və Rusiyanın əsgərlərinə tərəf atəş açıblar.

Azərbaycan Respublikası ordusunun bildirdiyinə görə, Zəngilan rayonunun Seyidlər kəndində bu ölkə sərhədçilərinin mövqeləri atəşə tutulub.

Teqlər