Apr 24, 2021 17:01 Asia/Baku
  • Rusiya sülhməramlıları mayın 9-da nəyə hazırlaşır?

Rusiya hökuməti sülhməramlıların Xankəndidəki 9 may paradı barədə izahat verməyə məcbur olub.

SəhərAzəri xəbər verir kiaaa. Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Rusiya sülhməramlılarının Qarabağdakı kontingentinin nümayəndəsi Dmitri Perepyolkin deyib: Azərbaycanla Ermənistanın Qələbədə böyük payını qeyd etmək istəyirəm. Böyük Vətən Müharibəsində Azərbaycan və Ermənistandan bir milyondan çox insan iştirak edib. Təəssüf ki, onların yarıdan çoxu döyüş meydanında həlak olub. İki yüz mindən çoxu orden və medallarla təltif olunub, iki yüz nəfərə yaxını Sovet İttifaqı Qəhrəmanı adı alıb mayın 9-da sülhməramlılar Böyük Vətən Müharibəsi veteranlarına kömək göstərilməsi məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.

Onun sözlərinə görə, mayın 9-da Qarabağdakı Rusiya sülhməramlılarının bölmələrində şəxsi heyətin Böyük Vətən Müharibəsində Qələbəyə həsr olunmuş təntənəli düzülüşü olacaq. Bu təntənəli tədbir faşizmlə mübarizədə həlak olmuş bütün döyüşçülərin xatirəsinə həsr olunacaq.

Rusiyalı hərbçi əlavə edib ki, mayın 9-da sülhməramlılar həmçinin Böyük Vətən Müharibəsi veteranlarına kömək göstərilməsi məqsədilə bir sıra humanitar aksiyalar da keçirəcəklər.

Bütün bu izahatlara baxmayaraq sülhməramlı qüvvələrin Azərbaycan şəhərində parad təşkil etmək niyyəti əsəbləri tarıma çəkmək deməkdir. Politoloqlar bildirirlər ki, onların Dağlıq Qarabağ ərazisində evlər tikməsi, modul tipli məntəqələrin sayını artırması, Rusiya müdafiə nazirinin müavininin Bakı ilə razılaşdırmadan Xankəndinə səfər etməsi, indi də parad hazırlığı Azərbaycana qarşı hörmətsizikdir.

Qeyd edək ki, artıq Xankəndi aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub.

Teqlər