Koçaryandan revanşist açıqlama: “Şuşanı, Hadrutu qaytaracağıq”
https://azeri.sahartv.ir/news/qafqaz-i376493-koçaryandan_revanşist_açıqlama_Şuşanı_hadrutu_qaytaracağıq
Ermənistanın eks-prezidenti Robert Koçaryan parlament seçkiləri öncəsi hazırlıqlarını davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2021 08:48 Asia/Baku
  • Koçaryandan revanşist açıqlama: “Şuşanı, Hadrutu qaytaracağıq”

Ermənistanın eks-prezidenti Robert Koçaryan parlament seçkiləri öncəsi hazırlıqlarını davam etdirir.

SəhərAzəri xəbər verir ki, bu barədə məlumat Ermənistan kütləvi informasiya vasitələrində yer alıb.

Məlumata əsasən, Koçariyan Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyəti və iqtisadiyyatda yaranmış çətinlikləri idarəetmədəki problemlərlə əlaqələndirib.

“Danışıqlar prosesində mövqeyimizi möhkəmləndirsək, nəticədə bütün "əsirləri", Şuşanı və Hadrutu geri qaytara, regionun ən güclü dövlətinə çevrilə bilərik”-deyə Koçaryan deyib.

O, tərəfdarlarına seçkilərdə qalib gələcəyinə böyük ümidinin olduğunu deyib.