Apr 30, 2021 19:17 Asia/Baku
  • Paşinyan Mişustin ilə görüşüb

Ermənistanın istefa vermiş baş naziri bildirib ki, Qafqaz bölgəsinin şose və dəmir yolları infrastrukturlarının yenidən açılması bu bölgənin iqtisadi simasını dəyişəcək.

SəhərAzəri xəbər verir ki, Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin ilə görüşdə deyib ki, infrastrukturların yenidən açılması Rusiya-Ermənistan iqtisadi əlaqələrinin inkişafına böyük kömək göstərəcək.

Rusiya, Ermənistan və Azərbaycan Respublikasının baş nazir müavinlərinin birgə işçi qrupuun fəaliyyətindən razılıq edən Paşinyan bu haqda sonra belə deyib: Bu səylər, nəticə verəcəyi təqdirdə, nəinki Qafqaz bölgəsi, həm də digər bölgələr üçün müsbət olacaq, zira bu addım, həmkarlıqların Fars Körfəzindən Qara dənizədək genişlənməsi ilə nəticələnə bilər.

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasındakı 44 günlük savaşın bitməsindən sonra üç ölkə arasında sülh sazişi imzalandı ki, onun maddələrindən biri, Qafqaz bölgəsində dəmir və şose yollarının mühasirəsinin aradan qaldırılmasıdır və ona əsasən, işçi qrupu təşkil olunub.

Teqlər