Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək
https://azeri.sahartv.ir/news/qafqaz-i376512-qırğızıstan_və_tacikistan_prezidentləri_arasında_görüş_keçiriləcək
Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə sərhədindəki vəziyyəti müzakirə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 01, 2021 04:52 Asia/Baku
  • Qırğızıstan və Tacikistan prezidentləri arasında görüş keçiriləcək

Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iki ölkə sərhədindəki vəziyyəti müzakirə ediblər.

SəhərAzəri Oxu.az-a istinadən xəbər verir ki, Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.

Prezidentlər Düşənbədə üz-üzə görüşmək barədə razılığa gəliblər.

Məlumata əsasən, görüş may ayının ikinci yarısında baş tutacaq.

Qeyd edək ki, sabah hər iki dövlətin hökumət komissiyaları arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlar aparılacaq.