Paşinyan Rusiyanın sərhədi müəyyənləşdirmək təklifini yersiz hesab edib
https://azeri.sahartv.ir/news/qafqaz-i377186-paşinyan_rusiyanın_sərhədi_müəyyənləşdirmək_təklifini_yersiz_hesab_edib
Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədin müəyyənləşdirilməsi təklifini yersiz hesab edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 20, 2021 08:09 Asia/Baku
  • Paşinyan Rusiyanın sərhədi müəyyənləşdirmək təklifini yersiz hesab edib

Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Azərbaycanla sərhədin müəyyənləşdirilməsi təklifini yersiz hesab edib.

SəhərAzəri bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Ermənistan baş nazirinin sözlərinə görə, sərhəddəki vəziyyətin gərginləşməsi fonunda demarkasiya barədə danışıqlar "yersizdir".

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sərhədin müəyyənləşdirilməsi üçün ortaq komissiya yaradılmasını təklif etdiyini açıqlayıb.