Paşinyanın ətrafı seyrəlir
Erənistanın XİN başçısı istefa verdi
May 28, 2021 12:05 Asia/Baku
Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan vəzifəsindən istefa verib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında yazıb.
Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, bu postda Zöhrab Mnatsakanyanı əvəz etmişdi. Onların hər ikisi ölkə rəhbərliyi ilə fikir ayrılıqları fonunda vəzifədən ayrılıb.
Ara Ayvazyanın 20 iyun seçkiləri ərəfəsində istefası Nikol Paşinyanın mövqelərini zəiflədə bilər. Həm də ona görə ki, nazirin istefası Azərbaycan-Ermənistan sərhədlərində vəziyyətin gərginləşməsi fonunda nazirin elan olunub.