Dövlət Departamenti bəyanat yaydı
ABŞ Azərbaycan Ordusunun Ermənistanla sərhəddəki fəallığı barədə xəbərdarlıq etdi
ABŞ, Ermənistan- Azərbaycan sərhədindəki son hadisələrdən və bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən tutulmasından narahatdır.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət departamentin bəyanatında deyilir: “Biz Azərbaycanı bütün hərbi əsirləri və digər məhbusları dərhal sərbəst buraxmağa çağırırıq və ona beynəlxalq humanitar hüququn məhbuslara insani rəftarla bağlı öhdəliklərini xatırladırıq ”.
Sənəddə qeyd olunur ki, Vaşinqton Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədin müəyyən olunmamış hissələrində hər hansı bir hərəkəti "təxribat və lazımsız" hesab edir.
"Biz sərhədləri təyin etmək üçün güc tətbiqini rədd edirik və Azərbaycanı qüvvələrini 11 May tarixində tutduqları mövqeləri tərk etməyə çağırırıq"- deyə bəyanatda vurğulanır.
Bəyanatın sonunda bu cümlələr yer alır: ABŞ Dövləti, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün tərəfləri ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv danışıqlara qayıtmağa çağırır.