May 30, 2021 11:22 Asia/Baku
  • ABŞ yenə Ermənistana yardım etdi

ABŞ Prezidenti Co Baydenin administrasiyası Ermənistana 24 milyon dollarlıq yardım paketi təklif edir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Amerika Erməni Milli Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistana ayrıca xətlə 600 min dollarlıq hərbi yardım təklif olunub.

ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən dərhal sonra bu dövlətin Ermənistana loyallığı ikiqat artıbdır. 24 apreldə qondarma erməni soyqırımının tanınması, bunun ardınca Qarabağ məsələsində uzunmüddətli siyasi həll yoluna təkid etməsi Birləşmiş Ştatların siyasi zəmində İrəvana dəstəyinin əlaməti kimi qiymətləndirilir. Maliyyə məsələsinə gəlincə isə, ABŞ ötən 30 ildə əhalisinin sayına görə İsrail rejimindən sonra Ermənistana daha çox maliyyə yardımı ayırıbdır. 

Qeyd edək ki, Ermənistan müstəqilliyini əldə etdikdən sonra, ABŞ daim bu ölkəyə “cəmiyyətin demokratikləşməsi” və s. kimi proqramlarının həyata keçirilməsi bəhanəsi ilə ciddi maliyyə yardımı göstərir. Tək 2000-ci ildə ABŞ-ın Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil edib. 2005-ci ildə Ermənistanın Vaşinqtondan əldə etdiyi hərbi yardım 5 milyon dollar təşkil etdi. Həmin ildə ABŞ Ermənistan Silahlı Qüvvələrinin rabitə sistemini modernləşdirmək üçün əlavə 7 milyon dollar ayırdı. Bu yardımlar sonrakı illərdə də davam etdirildi.

Maraqlıdır ki, ABŞ Ermənistanla yanaşı Qarabağdakı erməni separatçılarını da unutmur və hər il Bakıdan icazəsiz ona da maliyyə yardımları ayırır. 

Teqlər