Ermənistanda KTMT-nin loqosu zibil qutularına yapışdırılıb
https://azeri.sahartv.ir/news/qafqaz-i377526-ermənistanda_ktmt_nin_loqosu_zibil_qutularına_yapışdırılıb
İrəvan küçələrində KTMT loqosunun zibil qutuları üzərinə yapışdırıldığını göstərən fotolar yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2021 06:07 Asia/Baku
  • Ermənistanda KTMT-nin loqosu zibil qutularına yapışdırılıb

İrəvan küçələrində KTMT loqosunun zibil qutuları üzərinə yapışdırıldığını göstərən fotolar yayılıb.

SəhərAzəri-nin Oxu.Az-a istinadən verdiyi məlumatıa görə, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edən Ermənistanda təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsinə görə ona qarşı narazılıqlar artıb.

Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşiniyan son vaxtlar Azərbaycan Respublikası hərbçilərinin iki ölkə sərhədlərində 3 kilometr irəlilədiklərini iddia etmişdi. Bu iddia qərb dövlətləri və qurumları tərəfindən Azərbaycan Respublikasına qarşı sərt bəyanatların verilməsi ilə nəticələnsə də KTMT ona ciddi reaksiya vermədi.