Paşinyan rəqiblərindən öndədir
Ermənistan parlament seçkiləri üzrə rəy sorğularında Paşinyan öndə gedir
Ermənistanın baş naziri vəzifəsini icra edən şəxs bu ölkənin parlament seçkiləri üzrə rəy sorğularında öndə getməkdə davam edir.
SəhərAzəri-nin məlumatına əsasən, Beynəlxalq Respublika İnstitutu tərəfindən yayılan rəy sorğusuna əsasən, «Nikol Paşinyan barədə fikriniz nədir?» sualının cavabında erməni respondentlərin on altı faizi «çox yaxşı», 29 faizi isə «yaxşı» seçimini seçib.
Belə bir halda, digər məsul şəxslər və şəxsiyyətlərə, o sıradan parlament sədri Ararat Mirzoyana beş, baş nazir müavini Tiqran Avinyana üç, prezident Armen Sarkisyana üç, Ermənistanın sabiq prezidenti Robert Koçaryana da beş faiz «çox yaxşı» seçimi seçilibdir.
Rəy sorğusunun məlumatları cari il aprelin 8-dən mayın 4-dək olan müddətdə telefon dialoqu ilə toplanıb. Sorğuda Ermənistanın müxtəlif rayonlarından olan 1502 nəfər iştirak edib.
Ermənistan parlament seçkiləri iyunun 20-də keçirilməlidir.