İyul 08, 2021 12:22 Asia/Baku
  • Putin Paşinyanla görüş keçirib

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş Naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, görüş zamanı Rusiya prezidenti Paşinyanı Ermənistandakı seçkilərin nəticələri münasibətilə təbrik edib.

Putin rəsmi və qeyri-rəsmi görüşlər zamanı həlli tələb olunan məsələlərin ətraflı şəkildə müzakirə ediləcəyinə ümid etdiyini də bildirib.

Azərbaycandakı əksər siyasi dairələr Ermənistan Vətəndaş Müqaviləsi Partiyasının 20 iyun seçkilərində qalib gəlməsindən dərhal sonra Paşinyanın Moskvada peyda olmasının simvolik olduğunu bildirir və hakim partiyanın münasibətlərdə Qərb deyil, Rusiyanı tərcih etdiyini vurğulayırlar. 

Teqlər