İyul 24, 2021 14:43 Asia/Baku
  • Foreign Policy: “ATƏT-in Minsk Qrupunun fəaliyyəti mənasızdır”

Minsk Qrupunun fəaliyyətinə xitam verilməlidir. Amerika nəşri bu qrupu ölü struktur adlandırdı.

SəhərAzəri-nin məlumatına əsasən, Foreign Policy yazır ki, 30 il ərzində ATƏT-in Minsk Qrupu nəticə verməyib. Və İkinci Qarabağ Müharibəsindən sonra onun gələcək fəaliyyəti üçün heç bir məna qoymur. İndi bu, ölü strukturdur.

Məqalədə deyilir ki, bu təşkilat ötən illər ərzində qarşısına qoyulmuş vəzifələri həll edə bilməyib və fəaliyyəti sözün əsl mənasında fiaskoya uğrayıb.

Yazıda həmçinin Fransa və onun bu təşkilatın həmsədri kimi fəaliyyəti tənqid olunur: “Prezident Emmanuel Makron Fransanı Minsk Qrupunun həmsədri kimi nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu.”

Nəşr qeyd edir ki, Minsk Qrupunun sonrakı müzakirələrdə hansısa rol oynaması üçün nəinki yeni həmsədrlər, hətta danışıqlar aparılmasının yeni çevrəsi tələb olunacaq.

Foreign Policy sonda, ABŞ səfiri Riçard Hoqlandın sözlərindən sitat gətirib: “Biz beşulduzlu hotellərdə qaldıq, həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə İrəvana Minsk Qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.

 

Teqlər