KTMT İrəvanla Bakı arasındakı münaqişəyə müdaxilə etməyəcək
https://azeri.sahartv.ir/news/qafqaz-i379569-ktmt_İrəvanla_bakı_arasındakı_münaqişəyə_müdaxilə_etməyəcək
KTMT baş katibi rəhbərlik etdiyi qurumun Ermənistanla Azərbaycan arasındakı sərhəd münaqişəsinə müdaxilə etməyəcəyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2021 08:14 Asia/Baku
  • KTMT İrəvanla Bakı arasındakı münaqişəyə müdaxilə etməyəcək

KTMT baş katibi rəhbərlik etdiyi qurumun Ermənistanla Azərbaycan arasındakı sərhəd münaqişəsinə müdaxilə etməyəcəyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Stanislav Zas bildirib: "Zor tətbiq edilməsini qəbuledilməz hesab edirik. Ziddiyyətləri həll etmək üçün müstəsna olaraq siyasi və diplomatik üsullardan  istifadə edilməlidir. Rusiya Federasiyasının bölgədə vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışlayıram"

Onun açıqlaması KTMT-nin saytında yerləşdirilib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı KTMT-ni müşahidəçilərini Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə çağırıb. 

Paşinyan Ermənistan-Azərbaycan sərhəddi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif edib.