Avq 06, 2021 19:01 Asia/Baku
  • Üçtərəfli görüş
    Üçtərəfli görüş

Türkiyənin meşə yanğınlarından irəli gələn mürəkkəb şəraitinə görə, bu ölkə, Türkmənistan və Azərbaycan Respubikası başçılarının avqust ayında keçirilməli olan üçtərəfli sammiti təxirə salınıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan öz türkmən həmkarı Qurbanqulu Berdıməhəmmədov ilə saxladığı telefon əlaqəsində Türkiyədə meşə yanğınları ilə bağlı problem və vəziyyətə işarə edərək, bu ölkə, Türkmənistan və Azərbaycan Respubikası başçılarının görüşünün təxirə salınmasını istəyib.

Türkmənistan prezidenti də Türkiyənin şəraitini dərk edərək, üç ölkə başçısının zirvə görüşünün təxirə salınmasına dair təklifi müsbət qarşılayıb və ölkəsinin xalqı, dövləti və özü tərəfindən bu çətin anlarda, Türkiyədə həyatlarını itirən insanların ailələri, qohumları və yaxınlarının kədəri ilə bölüşüb. O, həmçinin bu hadisələrdə zərər çəkənlər üçün təcili şəfa diləyib.

 

Teqlər