Avq 19, 2021 11:57 Asia/Baku

Ermənistanın baş naziri Azərbaycanla yüksək səviyyədə danışıqlara başlamağa hazır olması barədə bəyanatını təkrarlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bu barədə Ermənistan hökumətinin iclasında 2021-26-cı illər üçün hökumətin fəaliyyət planını təqdim edərkən bildirib.

Dövlət başçısı öz çıxışında regional sabitlik baxımından Qarabağın yekun statusunun müəyyən edilməsinə yönələn danışıqların  ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilməsinin vacibliyini qeyd edib.deyib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsilə bağlı danışıqlar prosesinin tam bərpa edilməsinin zəruriliyini dəfələrlə bəyan edib. Biz bu bəyanatları və mövqeyi alqışlayırıq və danışıqlarda yüksək və ali səviyyədə iştirak etməyə hazırıq", - deyə erməni baş nazir söyləyib. 

Paşinyan əlavə edib ki, Ermənistanın təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ probleminin ədalətli həlli, Ermənistan ətrafında əlverişli mühitin yaradılması prioritet məsələ olaraq qalır.

O, həmçinin Ermənistan-Rusiya strateji müttəfiqliyini və respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü Ermənistanın təhlükəsizliyinin mühüm amili adlandırıb. 

 

Teqlər