Okt 02, 2021 12:43 Asia/Baku
  • M.Saakaşvili heç vaxt əfv edilməyəcək

Gürcüstan prezidenti sabiq prezident Mixeil Saakaşvilinin əfv edilməyəcəyini vurğulayıb. Saakaşvili isə aclıq elan edib.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə,M.Saakaşvilinin Tbilisidə həbs edilməsinə münasibət bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, “Bu gün bir çoxları sabiq Prezident Mixeil Saakaşvilinin əfv edilməsi ilə bağlı suallar verir. Cavab sadədir: yox və heç vaxt”.

O, sabiq Prezidentin həbsinə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, Saakaşvili barədə bankir Sandro Girgvlianinin öldürülməsi və deputat Valeri Gelaşvilinin döyülməsi işi ili bağlı ittihamlar irəli sürülüb.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili isə dünən həbs edildikdən sonra ona qarşı irəli sürülən ittihamlarla razılaşmayaraq aclıq elan edib və özünü siyasi məhbus hesab edir.

Saakaşvilinin 7 noyabr 2007-ci il tarixdə müxalifətin mitinqinin dağıdılması, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi işlərdə də adı hallandırılır. Hazırda məhkəmə tərəfindən işlər araşdırılır, hələlik heç bir hökm verilməyib.

Teqlər