İrandan yanacaq idxalı sionist rejimin zəif cəhətini göstərdi
Okt 03, 2021 20:18 Asia/Baku
Livan Hizbullahının icra şurasının sədri deyib ki, İrandan yanacaq idxalı sionist rejimin zəif cəhətini göstərdi.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Haşim Səfiəddin bildirib ki, İrandan yanacaq idxalında təkcə yanacaq məsələsindən söz getmirdi; sionist rejim etiraf etdi ki, İran gəmiləri qarşısında bir iş görə bilmir və bu, İsrail rejiminin zəif cəhətini göstərirdi.
Livan Hizbullahının icra şurasının sədri deyib ki, bu gün Livanın qarşısında bir çox problemlər, o sıradan regional problemlər durur. Livan regional tənliyin əsas hissəsinə çevrilib. Buna görə, Livanı himayə etmək üçün güclü olmaq lazımdır.