Bakı-Naxçıvan reysi Ermənistan səmasından həyata keçirilib
Ermənistan mülki aviasiya təşkilatı Bakı-Naxçıvan reysinin bu ölkə səmasından həyata keçirildiyini təsdiq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan mülki aviasiya təşkilatı bir məlumatda bildirib ki, hal-hazırda Ermənistan və Azərbaycan Respublikasının hava sərhədlərindən istifadə ilə bağlı hər iki ölkə üçün heç bir məhdudiyyət mövcud deyildir.
O, deyib ki, təkcə 44 günlük savaş zamanı iki ölkənin hava məkanlarından istifadəni hər hansı uçuş üçün qadağan etmişdilər.
İki ölkənin hava sərhədlərindən adi uçuşların əvvəllər də həyata keçirildiyinə toxunan Ermənistan mülki aviasiya təşkilatı bildirib ki, 2014-cü ilin noyabrında Azərbaycan Respublikası birtərəfli şəkildə Ermənistanın hava məkanından istifadəni qadağan etdi.
Ermənistan mülki aviasiya təşkilatının bildirdiyinə görə, beləliklə, Ermənistanın digər ölkələrə və əks istiqamətə uçuşları Azərbaycan Respublikasının hava məkanı vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının hava yolları şirkəti- AZAL, dünən bildirdi ki, bu ölkənin hava yolları Bakı-Naxçıvan-Bakı istiqamətində daxili uçuşların həyata keçirilməsi istiqamətində oktyabrın altısından Ermənistanın hava məkanından istifadəyə başlayıbdır.