Okt 22, 2021 12:37 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Tehran-Bakı ixtilaflarının siyasi və diplomatik yolla həlli vacibliyini vurğulayan Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Cənubi Qafqaz bölgəsi ilə bağlı, İran da daxil olmaqla bütün ölkələrin maraqları təmin edilməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova bir mətbuat konfransında İran-Rusiya birgə ticarət otağının rəyasət heyətinin üzvü Cəlil Cəlalifərin iki ölkə arasındakı ticarət mübadilələrinə qarşı Azərbaycan Respublikasının törətdiyi sabotajlara dair son sözlərinə işarə ilə belə deyib: Biz daima Azərbaycan Respublikası-İran sərhədlərindəki gərginliyin azaldılmasını tövsiyə edir və öz tərəfimizdən Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat yollarını açmağa çalışırıq və bu sahədə İran da daxil olmaqla bütün ölkələrin maraqları təmin edilməlidir.

Bu rus diplomat təklif olunan üç üstəgəl üç qrupu çərçivəsində Cənubi Qafqaz müzakirələri və onun qarşısında duran maneələr barədə isə belə deyib: Bu çərçivə bir tərəfdən, Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan, digər tərəfdən isə İran, Rusiya və Türkiyəyə şamil olur.

Zaxarova sonra belə söyləyib: İnanırıq ki, çoxtərəfli əlaqələrin inkişafı bütün bu ölkələrin xeyrinə olacaq. Bizim nöqteyi-nəzərdən, bu mexanizmin işə düşməsi bu ölkələlər arasındakı ixtilafların həllinə və etimadın yaradılmasına kömək edəcək və onların iqtisadi potensiallarını gücləndirəcək.

 

 

Teqlər