Gürcüstanda dövlət çevrilişinə cəhd
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti dövlət çevrilişinə cəhd haqda məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin m əlumatında bildirilir ki, ayrı-ayrı şəxslər Saakaşvilinin türmə həbsxanasına və ya digər türməyə köçürülməsinə qarşı aksiyalar keçirmək, yolları bağlamaq, beləliklə də ölkədə xaos yaratmaq haqda plan qurublar.
Gürcüstan Ədliyyə Nazirliyi isə istənilən ssenariyə hazır olduğunu bildirib:”Əgər zərrurət yaranarsa, eks-prezident Mixail Saakaşvilini klinikaya yerləşdirmək üçün helikopterdən istifadə ediləcək”,- Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat katibi deyib.
Gürcüstanın eks prezidenti Mixayil Saakaşvilinin həbsdə aclıq elan etməsi və durumunun ağırlaşması barədəki məlumatlara münasibət bildirən Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, hələlik Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur:
“Hazırda Saakaşvilinin həyat parametrləri normadadır və müalicəsinə davam edir”,- Məlumatda deyilir.