Okt 30, 2021 20:14 Asia/Baku
  • Gürcüstanda səslərin sayılmasına başlandı

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu ölkədə özünüidarətmə orqanlarına keçirilən seçkilərdə sesvermənin başa çatmasından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən,Gürcüstan Mərkəzi Seçki Komissiyası bildirib ki, 20:00-da səsvermə yekunlaşıb, artıq səslərin sayılmasına başlanılıb.

Qeyd edək ki, 20 şəhər və rayonda əsasən hakim Gürcü Arzusu və Saakaşvilinin yaradıcısı olduğu müxalif Vahid Milli Hərəkat Partiyası arasında mübarizə gedir.

Seçkilər Tiflis, Kutaisi, Batumi, Zuqdidi, Qori, Rustavi və s. iri şəhərləri də əhatə edir.

Teqlər