Noy 11, 2021 13:53 Asia/Baku
  • İrəvanda hökumət binası qarşısında aksiya

Ermənistan hökumətinin iclası müxalifətin etiraz aksiyaları ilə müşayiət olunur.

Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müxalifət Baş nazir Nikol Paşinyanı və onun hökumətini ölkənin maraqlarını satmaqda ittiham edir.

Məlumata  görə Nazirlər Kabinetinin binası qarşısına toplaşan müxalifətçilər binaya daxil olmaq istəyiblər ancaq polis buna imkan verməyib. Nəticədə, aksiya iştirakçıları ilə polis arasında toqquşma olub. Polis aksiyaçıları binadan uzaqlaşdıra bilib.

Bunun ardınca “Nikol satqın” şüarları səsləndirən müxalifətçilər Respublika meydanında avtomobillərin hərəkətini dayandırmaq istəyiblər ancaq buna da müvəffəq olmayıblar.

Aksiyada bir neçə müxalifətçi deputat və onların tərəfdarları da iştirak edir.

Onlar Qafan-Gorus yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına, Ermənistan hakimiyyətinin buna razılıq verməsinə etiraz edirlər.

Qeyd edək ki, Azərbaycanın noyabrın 11-də həmin ərazidə gömrük və sərhəd nəzarəti postları yaradacağı barədə məlumatlar var.

Teqlər