Noy 15, 2021 15:28 Asia/Baku
  • Ermənistanda müdafiə naziri yenə də dəyişdi

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.

SəhərAzəri-nin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Ermənistan Prezidenti Armen Sarksiyan Baş nazir Nikol Paşinyanın təklifi əsasında A. Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə isə Baş nazirin müavini Suren Papikyan təyin edilib.

Teqlər