Noy 21, 2021 15:02 Asia/Baku
  • Putinlə Paşiniyan telefonla danışıblar

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında həftə ərzində ikinci dəfə telefon danışığı olub.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda  qeyd edilib ki, telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib.

N. Paşinyan Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.

Teqlər