Noy 23, 2021 14:38 Asia/Baku
  • Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Rusiya vasitəçilik etsin

Ermənistanın Türkiyə ilə öz münasibətlərini normallaşdırmaq üçün vasitəçilik təklifi ilə Rusiyaya müraciət etdiyi bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində vasitəçilik üçün Moskvaya müraciət edib.

Vaan Unanyanın sözlərinə görə, Ermənistanın bir sıra tərəfdaşları, o cümlədən Rusiya bu məsələdə vasitəçilik üçün hazır olduqlarını bildiriblər. Ermənistan isə Kremlə müraciət edib.

“Biz Rusiyanı məlumatlandırdıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə başlamağa hazırıq”, - deyə o qeyd edib.

Teqlər