Noy 30, 2021 12:06 Asia/Baku
  •  Pol Qobl: Rusiya Qarabağ münaqişəsini həll etməyəcək

Məşhur amerikalı politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini düşünmür.

SəhərAzəri-nin məlumatına əsasən, amerikalı politoloq Putin-Əliyev-Paşinyan görüşünün yekunlarını Turan Agentliyinə şərh edərkən belə deyib: "Soçidəki görüş prosesi irəlilətmək üçün az iş görüb. Orada yalnız bəyanatlar olub, amma əsas məsələlərlə bağlı sazişlər olmayıb. Laçın və Qarabağın Ermənistanla hansı şəkildə əlaqədə olması ilə bağlı qərar olmadıqca sərhədlərin delimitasiyası mümkün deyil".

Politoloq Rusiyanın Ermənistan və Azərbaycan arasında barışıq prosesini başa çatdırmaq üçün siyasi iradəsinin olub-olmaması haqqında suala da mənfi cavab verib. "Xeyr, Moskva görüşlər təşkil etməyə və bəyanatlar verməyə davam edəcək, amma onun öz marağı münaqişənin davam etməsinə şərait yaratmaqdan ibarətdir"- , deyə Qobl qeyd edib.

Politoloq sonda Qarabağ məsələsində Qərb dövlətlərinin fəal olmadıqlarını tənqid edib. 

Teqlər