Dek 05, 2021 15:24 Asia/Baku
  • ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan-Ermənistan sərhəddində nə axtarır?

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Azərbaycanla Ermənistan sərhədlərində kəşfiyyat uçuşları həyata keçirib.

SəhərAzəri  Axar-az-a istinadla bu barədə “PlaneRadar”-ın məlumat yaydığını bildirir.

“PlaneRadar” yaydığı məlumatda deyilir: “ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing RC-135V Rivet Joint” radioelektron kəşfiyyat təyyarəsi Krit adasının Suda aviabazasından qalxaraq Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşları aparıb”.

“PlaneRadar”  ABŞ-ın həmin kəşfiyyat təyyarəsinin daha sonra Gürcüstanın hava məkanında Ermənistan və Azərbaycan sərhədi boyunca uçduğunu bildirir.

2-ci Qarabağ müharibəsindən sonra Qarabağ məsələsində nüfuzunu itirmiş ABŞ rəsmiləri vaxtaşırı olaraq anti-Azərbaycan mövqelər tutur.

ABŞ-ın Ermənistandakı səfiri tez-tez Azərbaycan Respublikası ilə sərhədlərə baxış keçirərək “dağlıq qarabağ münaqişəsi”-nin həllindən danışır və Azərbaycana ittihamlar səsləndirir.

Bu reallıqları nəzərə alaraq ABŞ kəşfiyyat təyyarəsinin Azərbaycan-Ermənistan sərhədləri üzərində uçuş həyata keçirməsi ciddi şübhələr doğurur.

Teqlər