Lavrov Rusiyanın “qırmızı xətt”-ini açıqladı
https://azeri.sahartv.ir/news/qafqaz-i384310-lavrov_rusiyanın_qırmızı_xətt_ini_açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki,Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qiymətləndirəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2021 13:28 Asia/Baku
  • Lavrov Rusiyanın “qırmızı xətt”-ini açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki,Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qiymətləndirəcək.

SəhərAzəri-nin,TASS-a istinadən verdiyi xəbərə görə, Sergey Lavrov deyib:

“NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hər kəsə məlumdur. Əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq”

S. Lavrovun sözlərinə görə, Rusiyanın Avro-Atlantika regionda ümumi təhlükəsizlik kontekstində təhlükəsizlik zəmanəti ilə bağlı irəli sürdüyü təklifləri göstərir ki, Rusiya NATO strateqlərinin planlaşdırdığı ssenarilər üzrə hadisələrin mənfi inkişafının qarşısını almaqda maraqlıdır və bunu səmimi şəkildə edir.