ٍErməni politoloq Türkiyə ilə münasibətlərdə fasilə verməyi tələb edib
"Ermənistan bu gün öz maraqlarını müdafiə etmək iqtidarında deyil"
Erməni politoloq Türkiyə ilə dialoqa başlamaq üçün şəraitin uyğun olmadığını iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan Armİnfo Xəbər Agentliyinə deyib: "Təbii ki, qonşularla problemlər öz həllini tapmalıdır, amma konkret halda Ermənistan üçün vəziyyət onun opponentləri olan Türkiyə və Azərbaycanın vahid mövqeyi nəticəsində daha mürəkkəbdir. Ermənistan bu gün öz maraqlarını müdafiə etməyə imkan verəcək vəziyyətdə deyil. Və əgər “futbol” diplomatiyası zamanı İrəvan “yox” deyib buna son qoya bildisə, bu gün Ermənistan o imkandan məhrumdur”.
Politoloqun fikrincə, Ermənistanın Türkiyə ilə prosesdə uğur qazanma şansı, geosiyasi oyunun necə gedəcəyindən asılıdır, çünki İrəvan öz gücünə arxalana bilmir. Hansı ki, 44 günlük müharibədəki məğlubiyyətin nəticəsidir.
Zəngəzur dəhlizi məsələsinə gəlincə erməni politoloq qeyd edib ki, bu, nə türklərə, nə də azərbaycanlılara qətiyyən lazım deyil; onlara bu işdə yalnız Syunikdən keçən və Ermənistanın nəzarəti altında olmayan bir yol lazımdır. “Zangezur dəhlizi” iqtisadiyyatdan uzaqdır, sırf geosiyasi layihədir.