Dek 30, 2021 11:30 Asia/Baku
  • Rusiya rəsmisi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasından danışdı

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər.

SəhərAzəri-nin məlumatına əsasən, bunu RİA Novosti-yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.

O deyib ki, yüksək səviyyəli razılaşmanın reallaşması yolunda hər hansı bir qarşısıalınmaz maneə yoxdur.

Rusiya xarici işlər nazirinin müavini onu da qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsindən bəri Rusiya vasitəçi rolunda çıxış edərək, Azərbaycanla Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.

Xatırladaq ki, noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılığa gəliblər.

Teqlər