Ermənilərin Qarabağ məsələsində rəyi dəyişməyib
Qarabağla yanaşı Hadrut və Şuşa da istənilir!!!
Cənubi Qafqazda yaranmış yeni reallıqlara baxmayaraq, Ermənistanın ictimai rəyi Paşinyana deyil, revanşistlərə meyillidir. Ölkədə keçirilən rəy sorğusundan bu nəticə əldə olunub.
SəhərAzəri Arminfo Xəbər Agentliyinə istinadla xəbər verir: Ermənilərin 43%-i hesab edir ki, Hadrut və Şuşa ilə birlikdə Qarabağın müstəqilliyi münaqişənin həlli üçün ən məqbul variantdır.
Gallup Beynəlxalq Assosiasiyasını Ermənistanda təmsil edən MPG (Marketing Professional Group) Konsaltinq Şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrindən bu qənaət hasil olub.
Məlumatda deyilir ki, respondentlərin 12,5%-i Dağlıq Qarabağın Hadrut və Şuşasız Rusiyaya birləşdirilməsini, daha 9,4%-i qondarma DQR-in Hadrut və Şuşasız Ermənistana birləşdirilməsini dəstəkləyib. Bu arada 7,4% respondent də hesab edir ki, Qarabağ Hadrut və Şuşa ilə birlikdə Ermənistana birləşdirilməlidir, 3,7% mövcud vəziyyətin qorunub saxlanılmasının lehinə səs verib, 0,4% də Hadrut və Şuşa ilə birlikdə Azərbaycanın tərkibində muxtariyyətin verilməsini dəstəkləyib.
Sorğu noyabrın 16-dan 27-dək aparılıb. Ölkə üzrə 1001 nəfər rəy sorğusunda iştirak edib.