Yan 11, 2022 08:32 Asia/Baku
  • Erməni politoloq Fransanın Aİ-yə sədrliyini gözəl fürsət adlandırdı

Fransalı erməni siyasətçi bildirib ki, Fransa Avropa İttifaqına sədrliyi səviyyəsində Ermənistana və Qarabağa daha çox əhəmiyyət verəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Kayts Minasyan bu haqda deyib: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Dağlıq Qarabağ ermənilərinə daha çox əhəmiyyət verəcək."

“Fransa həm Ermənistan, həm də Qarabağ məsələsinə çoxdan əhəmiyyət verir, çünki Fransta Ermənistan üçün dost ölkədir, həm də ATƏT Minsk Qrupunun həmsədridir. Deməli, Fransa avtomatik olaraq Ermənistan və Qarabağa daha çox səlahiyyət verməlidir. Bu o deməkdir ki, Fransa yaxın altı ayda daha çox gücə malik olmalıdır və Ermənistan və Qarabağ məsələsini qaldırmaq üçün prezident seçkilərindən istifadə etməlidir. Həmin dövrdə erməni diplomatiyası, Ermənistan hakimiyyəti, erməni “yumşaq gücü” daha fəal olmalıdır”,- deyə politoloq vurğulayıb.

Minasyanın sözlərinə görə, Fransa prezidentliyinə namizəd Valeri Pekresin dekabrda Xankəndinə səfəri Fransadakı seçki kampaniyası kontekstində Dağlıq Qarabağ məsələsinin əhəmiyyətini artırıb.

Politoloq qeyd edib ki, həm Fransanın Avropa İttifaqında sədrliyi, həm də apreldə Fransada keçiriləcək prezident seçkiləri ermənilər üçün bir sıra digər məsələlərdə Ermənistandakı erməni məsələlərindən yaxşı xəbərdar olan Emanuel Makronla irəliləməyə çalışmaq üçün yaxşı fürsətdir.

Teqlər