Paşiniyan ilə Putin arasında telefon danışığı olub
https://azeri.sahartv.ir/news/qafqaz-i385005-paşiniyan_ilə_putin_arasında_telefon_danışığı_olub
Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2022 14:53 Asia/Baku
  • Paşiniyan ilə Putin arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

SəhərAzəri-nin məlumatına əsasən,  “Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrliyi nəzərə alınaraq, təşkilatın Qazaxıstanda həyata keçirdiyi sülhməramlı əməliyyatın gedişi barədə fikir mübadiləsi aparılıb. Respublikada vəziyyətin normallaşmasına kömək edən sülhməramlı kontingentin səmərəli koordinasiya olunmuş tədbirləri qeyd edilib", - Kremlin saytındakı məlumatda deyilir.

"Dağlıq Qarabağ ətrafında hazırkı vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında təsbit edilmiş razılaşmaların reallaşdırılması məsələləri müzakirə olunub", - məlumatda bildirilir.