Yan 15, 2022 08:23 Asia/Baku
  • Paşinyan Naxçıvana dəmir yolunun çəkilməsi üçün birinci addımı atdı

Ermənistan dövləti Naxçıvana dəmir yolunun çəkilməsi üçün işçi qrupu yaradıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə yanvarın 14-də Meqri hissəsində dəmir yolunun tikintisi üçün işçi qrup yaradılıb.

Ermənistan KİV-ləri xəbər verirlər ki, baş nazirin müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan işçi qrupunun rəhbəri təyin edilib.

Xatırladaq ki, dekabrın 16-da Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə görüşdə Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycandan Naxçıvana dəmir yolunun çəkilməsinə dair razılaşmanı təsdiqlədiklərini bəyan edib.

Paşinyan hökumətin iclasında deyib ki, dəmir yolu beynəlxalq sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək, Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya, siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək.

Teqlər