Yan 16, 2022 15:15 Asia/Baku
  •  3 ayda iki dəfə BƏƏ-yə səfər nə ilə əlaqədardır?

Ermənistan Prezidenti Armen Sərkisyanın 14 yanvarda Birləşmiş Ərəb Əmirliklərinə “işgüzar səfəri” bu gün də davam edib.

Ermənistan KİV-lərinin məlumatlarına görə Armen Sərkisyan bu gün Birləşmiş Ərəb Əmirliklərinin XİN rəhbəri ilə görüşüb. Bildirilir ki, Abdulla bin Zaid ən-Nəhyanla Sərkisyan “regional təhlükəsizlik və stabilliyi” müzakirə ediblər. Sərkisyan Ermənistanın qarşısında duran problemlərdən və Qarabağ münaqişəsindən də danışıb.

Görüşdə enerji, informasiya texnologiyaları, qida təhlükəsizliyi və turizm sahəsində əməkdaşlıqla bağlı mövzular da müzakirə edilib.

Qeyd edək ki, Sərkisyan ötən milad ilinin sonlarına doğru ərəb ölkələrinə səfərlərinə start verib. Dekabr ayında Səudiyyə Ərəbistanı və Qətərə səfər etmişdi. Oktyabrda isə BƏƏ-yə getmişdi.

Armen Sarkisiyanın BƏƏ-yə hazırkı səfəri onun son 3 ay ərzində bu ölkəyə reallaşdırdığı 2-ci səfəridir.

Teqlər