İddia: Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i385148-İddia_ermənistan_konstitusiyasından_soyqırım_la_bağlı_istinadlar_çıxarılacaq
Ermənistanda Respublika Partiyasının spikeri bəyan edib ki, ölkə konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2022 08:38 Asia/Baku
  • İddia: Ermənistan konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq

Ermənistanda Respublika Partiyasının spikeri bəyan edib ki, ölkə konstitusiyasından “soyqırım”la bağlı istinadlar çıxarılacaq, gerbdə isə Ağrı dağı olmayacaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, müxalifətçi partiya sədri Eduard Şarmazanov öz Facebook səhifəsində həmçinin yazıb ki, ölkənin gerbi və himni dəyişdiriləcək.

Onun sözlərinə görə, çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil. Belə bir fikir var ki, islahatların məqsədi Üçüncü Cümhuriyyətin “səhifəsini” bağlamaq və dördüncü “Cümhuriyyət”in “yeni” dövrünü elan etməkdir. Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır”, – deyə Şarmazanov yazır.

Partiya üzvü onu da qeyd edib ki, bununla paralel olaraq dövlət rəmzləri - himn və gerb dəyişdirilə bilər: “İstisna etmirəm ki, gerbdən Ağrı dağı yığışdırılacaq”.