Ermənilər münasibətlərin normallaşmasından çox razıdır
https://azeri.sahartv.ir/news/qafqaz-i385253-ermənilər_münasibətlərin_normallaşmasından_çox_razıdır
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib ki, ilk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2022 15:42 Asia/Baku
  • Ermənilər münasibətlərin normallaşmasından çox razıdır

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair danışıqları şərh edərkən deyib ki, ilk görüşdə prosesin başlamasında məqsədləri və bu prosesdən gözləntiləri müzakirə olundu.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyənin xarici işlər naziri qeyd edib ki, xüsusi nümayəndələr növbəti görüşdə uçuşların bərpa olunmasından başqa hansı addımların atıla biləcəyi sualı üzərində işləyəcəklər.

Məqsəd münasibətlərin tam normallaşmasıdır deyən Çavuşoğlu əlavə olaraq deyib: “Ermənilər də bundan çox razıdırlar. Tam normallaşmaya aparan prosesdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin olunmasından başqa hansı addımların atıla biləcəyi öyrəniləcək.